
★Seçilmiş
UTR Travel: Parma Marathon 2026
İtaliya/Parma
Tarixlər
15 Okt 2026
to 20 Okt 2026
Yerlər
9/10
Yarış
Parma Marathon 2026
18 Okt 2026
Haqqında
Parma - İtaliyanın Qida və Opera paytaxtıdır. Giuseppe Verdi kimi dahi sənətkarın vətəni olan bu şəhər, həmçinin Parma vetçinası və Parmigiano Reggiano pendiri ilə bütün dünyada tanınır. Tarixi abidələri, incə atmosferi və zəngin mətbəxi ilə Parma sadəcə bir səyahət nöqtəsi deyil, yaşanmalı bir təcrübədir.
Oktyabr ayında isə Parma tamam fərqli bir ritmə bürünür. Şəhər minlərlə qaçış həvəskarını bir araya gətirən böyük bir marafon ruhu ilə canlanır. Bu, həm idman, həm də səyahət sevənlər üçün unikal bir fürsətdir.
📅 Yarış tarixi: 18 oktyabr 2026
📍 Məkan: Italiya, Parma
Fərqli məsafə seçimləri hər kəsə uyğun imkan yaradır. İstər şəxsi rekordunu yeniləmək istəyənlər üçün yarış tempi, istərsə də şəhəri qaçaraq kəşf etmək istəyənlər üçün daha rahat ritm.
✨ Məsafələr:
Marafon (42.2 km)
Yarım marafon (32 km)
24 km
10 km
Bizimlə birlikdə həm qaç, həm səyahət et, həm də yeni xatirələr qazan. Parma səni gözləyir. Sən də öz hekayəni bu marafonda yaz.
Çünki hər qaçış bir hekayədir.